Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsi 438 min 769 manat 43 qəpik dəyərində mətbəə məhsulları alınması üçün tender keçirib.
YeniAvropa xəbər verir ki, tenderin qalibi ""CBS poliqrafik prodakşn" poliqrafiya şirkəti olub.
Tenderin detalları barədə ətraflı məlumat verilməyib. 01.10.2020 tarixində başlanma tarixi elan olunan tenderdə iştirak haqqı kimi 800 manat tələb olunub.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında qeyd edilir ki, satınalmanın qalibi olan şirkət 1998-ci ilin sentyabr ayının 2-də qeydiyyata alınıb.
Nizamnamə kapitalı 338 min 579 manat olan MMC-nin hüquqi ünvanı Yasamal rayonu, Mikayıl Müşfiq, ev 12, m. 34, qanuni təmsilçisi İsmayılov Hikmət Əbuzər oğludur.
Mediada yer alan məlumatlara görə "CBS-PP" MMC-nin qanuni təmsilçisi olan Hikmət İsmayılov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bacanağıdır. Hikmət İsmayilovun həm də Kəmaləddin Heydərova məxsus "AFB Bank" ASC-nin əsas səhmdarı olduğu da bildirilir.