logo

Azərbaycanda daha 4387 koronavirusa yoluxdu, 38 nəfər öldü

15:44 08-12-2020 | icon 1932
Azərbaycanda daha 4387 koronavirusa yoluxdu, 38 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasına daha 4387 yoluxma faktı qeydə alınıb, 3133 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 38 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 154 min 152 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 93 min 411 nəfər müalicə olunaraq sağalıb, 1713 nəfər vəfat edib. Aktiv xəstə sayı 59028 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 865 min 512 test aparılıb. Bugünkü test sayı isə 18321-dır.