logo

Hazırda xəstəxalarda 900-dən artıq hərbçimiz müalicə alır-Hikmət Hacıyev

15:33 08-12-2020 | icon 1820
Hazırda xəstəxalarda 900-dən artıq hərbçimiz müalicə alır-Hikmət Hacıyev

Sentyabrın 27-dən səhiyyə sistemimiz 2 cəhədə fəaliyyət göstərib. 

YeniAvropa xəbər verir ki, bu fikri Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev səsləndirib. 

Onun sözlərinə görə, səhiyyə siteminin üzərinə düşün yükün azaldması vacib bir şərtdir. "Hazırda xəstəxanalarda 900-dən artıq əsgər və zabitlərimizin müalicəsi davam etdirilir”,-deyən prezidentin köməkçisi, sərt karantin rejiminə keçməklə həm də bu yükü bir qədər azaltmağın mümkün olacağını bildirib.

"Koronavirusun artma tendenisyasını nəzərə alaraq Azərbaycanda sərtləşdirilmə ilə bağlı qərarlar qəbul edilib. Burada əsas mqəsəd insanların sağlamlığının qorunması və yoluxmaların sayının azaldılmasıdır”,-deyə Hikmət Hacıyev vurğulayıb.