"Azercell" LTE şəbəkəsinin əhatə dairəsini 85%-ə çatdırıb
Keyfiyyətli və sürətli mobil internet xidmətləri ilə daima öndə olan "Azercell Telekom” ötən ilin əvvəlindən etibarən ölkəmizdə LTE şəbəkəsinin təkmilləşdirilməsi layihəsini uğurla həyata keçirməkdədir. Bu müddət ərzində "Azercell" şəbəkənin əhatə dairəsinin kifayət qədər genişlənməsinə, abunəçilərini təkcə paytaxtda deyil, regionlarda da keyfiyyətli xidmətlə təmin etməyə nail olub. Rəqəmlər də bunu sübut edir.
YeniAvropa xəbər verir ki,şirkətdən verilən məlutda bildirilir ki, 2019-cu il yanvarın 1-dən bu il noyabrın 1-dək Azərbaycanda "Azercell"in LTE şəbəkəsinin əhali əhatə dairəsi 35.9%-dən 85%-ə yüksəlib. Bu müddət ərzində LTE üzərindən çalışan baza stansiyalarının sayı da sürətlə artırılıb. Belə ki, bu texnologiya üzərindən çalışan ümumi radio baza stansiyalarının sayı 828-dən 2616-ya yüksəlib. Təkcə 2020-ci ilin 10 ayı ərzində 721 belə stansiya istifadəyə verilib.
"Azercell"in LTE şəbəkəsinin coğrafi əhatə dairəsi isə 2019-cu ilin yanvar ayından cari ilin 1 oktyabr tarixinə kimi 30.3%-dən 69.5%-ə çatdırılıb. Xüsusilə regionlarda görülən işlər sayəsində ölkə üzrə LTE şəbəkəsi daha da genişləndirilib. Bura həmçinin müzəffər Ordumuzun rəşadəti sayəsində işğaldan azad edilmiş bölgələr də daxildir. "Azercell Telekom” MMC işğaldan azad olunmuş ərazilərdə ilk mobil infrastrukturun, eləcə də Qarabağın tacı sayılan Şuşada dördüncü nəsil LTE mobil stansiyalarının quraşdırılmasına başlayan ilk şirkətdir.
"Azercell" artıq bölgələrdə LTE texnologiyası üzrə datanın ötürülmə sürətinə, informasiyanı yükləmə müddətinə və video materialların daha yüksək keyfiyyətlə ötürülməsi parametrlərinə görə ölkənin digər mobil operatorlarından üstün olduğunu təsdiqləyib. Bunu "Systemics” Avropa şirkətinin ötən il Azərbaycanda keçirdiyi müstəqil bençmarkinq testinin nəticələri təsdiqləyib. Dünya miqyaslı telekommunikasiya şirkəti olan Ericcson-un apardığı bençmarkinq araşdırmaları da LTE şəbəkəsinin sürətinə görə "Azercell"in "Öz sinfində” ("Best in class”) ən yaxşı operatorlardan biri olduğunu sübut edib.
LTE şəbəkəsinin keyfiyyətinin yaxşılaşdırılması işləri Bakıda da həyata keçirilir. Xüsusilə, Bakı metropolitenində də sürətli mobil internetin əlçatan olması üçün tunellərdə təkmilləşdirmə işləri aparılır, LTE şəbəkəsinin genişləndirilməsi tam sürətlə davam edir. Layihə çərçivəsində metronun 8 stansiyasında işlər artıq yekunlaşıb. Bununla yanaşı, metro stansiyalarında LTE-Daşıyıcı Birləşdirmə sistemi də aktivləşdirilib ki, bu da metro açıldıqdan sonra sərnişinlərin yüksək sürətli internetdən istifadəsini təmin edəcək.
LTE şəbəkəsinin təkmilləşdirilməsinin məqsədi abunəçilərin gündəlik rabitə ehtiyaclarını operativ və daha keyfiyyətli şəkildə ödəməkdir. "Azercell"in təqdim etdiyi LTE xidmətində böyük irəliləyişlər olduğundan, şəbəkədən istifadəçi sayı əhəmiyyətli dərəcədə yüksəlməkdədir.
Hazırda şirkət tərəfindən bütün ölkə boyu internet trafikin yüksək keyfiyyətinin təmin edilməsi və artırılması istiqamətində lazımi texniki tədbirlər həyata keçirilir. "Azercell" bütün Azərbaycan ərazisini müasir mobil şəbəkə ilə əhatə etməyə, abunəçilərini fasiləsiz rabitə və innovativ xidmətlərlə təmin etməyə hazırdır.
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır