Sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun xanımı Fəridə Məmmədovanın sahibi olduğu moda evi fəaliyyətini dayandırıb.
YeniAvropa xəbər verir ki, Fəridə Məmmədovanın iştirakı ilə 2016-cı ilin aprel ayında təmtəraqla açılışı olmuş "NAZ Couture” moda evi paytaxtın mərkəzində-Rəsul Rza küçəsi 3/5a ünvanında yerləşirdi.
Artıq sözügedən ünvanda geyim mağazası fəaliyyət göstərir.
Modalar evinə məxsus telefonlar da söndürülüb və şirkətin rəsmi saytı isə aylardır yenilənmir.
Qeyd edək ki, Fəridə Məmmədova sabiq kənd təsərrüfatı naziri və hazırda Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Heydər Əsədovun qızıdır. Fəridə Məmmədova bir vaxtlar təqdim etdiyi geyimlərə görə Türkiyədə məşhurlaşmışdı.