Pediatr Aytən İsmayılzadə TƏBİB-ə nələr demədi...
Tanınmış həkim-pediatr Aytən İsmayılzadə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyini(TƏBİB) sərt tənqid edib.
YeniAvropa xəbər verir ki, bu barədə o, "Facebook" hesabında status paylaşıb.Həkim koronavirus pandemiyasına görə yenidən sərtləşmə tədbirlərinin heç bir əhəmiyyəti olmayacağını deyib.
"Dəfələrlə musahibə götürülür. Dəfələrlə eyni sözü deyirik. Yenə köhnə hamam, köhnə tas... Biz deməklə nəsə dəyişəsi deyil. O heç. Amma axır ki, nəsə dəyişsin. Köklü dəyişiklik olsun. Bu da torpaq deyil ki, şəhid verib alasan. Bu səhiyyədir. Vicdanlı insanların, siyasətçilərin yox, vicdanlı insanların idarə etməli olduğu səhiyyə!”.
Xəstələrin dərman tapa bilmədiyini deyən Aytən İsmayılzadə qeyd edib ki, iş yerlərinin bağlanması xəstəliyin yayılmamasını qarşısını almayacaq.
"TƏBİB, ay mənasız qurum, dərman yoxdur. Sənin camaata "maska tax” deməyə də haqqın yoxdur. Sənin qara bazarın varsa və sənin bu bazara girə bilməyən insanların dərman ala bilmirsə, sənin umumiyyətlə, danışmağa haqqın yoxdur.
İstəyirsiz, gündə bir alim gətirin, brifinqdə danışsın. Nə xeyri? Nə vaxta kimi mənasız işlər davam edəcək. Nəyi sərtləşdirirsiz??? Hansı yerləri bağlayırsız? Balaca pəncərədən muştəri qəbul edən telefon ustasının köşkünü? Ya saatlarla oturub bir muştəri tapmayan geyim dükanlarını? Hansı gununə kim nə alır? Yenə aptek, yenə klinika, yenə ərzaq dükanında adamlar olacaq. Onlar icazə ilə də gedəcək. Orda yüz faiz xəstə olacaq. Yoluxma da baş verəcək. Edə biləcəyin heç nə yoxdur, səhiyyə sistemi. Oranı-buranı bağlamaqla nəyəsə nail ola bilməyəcəksən. İnsanların haqqı olan dərmanını ver. Onsuz da təsir eləmir? Onda xəstəxanada da vermə.
Hətta yaxında xəstəxanada olan xəstəyə iki və uç dəfə verilməli olan dərman bir dəfə verilirdi. Hay-küy salandan sonra tam doza verildi. Niyə??? Çünki ondan bundan kəsib xəstəxanada olmayan dərman tapmayanlara satılır. Onlar dərman tapsa, belə olmaz.
Deputat Rəşad Mahmudov deyir, bal-zəncəfil ilə sağaldım. Həm də qeyd edir ki, vaxtında qəbul edilən antiviral dərmanla!!! Hanı sənin antiviralın, hardadı? Dərmanın adını da çəkmir, istifadəsini də. Çunki bilir, onun tapdığı kimi biz tapa bilməyəcəyik. O qədər "o dərman boşdur, bundan onsuz da yoxdur" siyasəti aparıldı ki, camaat "Erqoferon”u antiviral kimi tanıyır və elə də qəbul edir. "Erqoferon” birbaşa virus əleyhinə deyil, sadəcə onunla mubarizəyə lazim olan interferon maddəsini hazırlamağa kömək edir.
"Favipiravir”, "Kaletra” isə virus əleyhinə dərman olaraq qara bazarda muştəri gözləyir, koronavirus da xəstənin bədənində dərman”.
Prezident daha iki nəfəri general rütbəsi ilə təltif edib
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib
Yol polisi Zəfər Günü ilə əlaqədar sürücülərə müraciət edib
Bu il 500 nəfər dövlət hesabına xaricdə təhsil alacaq
İlham Əliyev Maya Sandunu təbrik edib
Voleybolçu qızlarımız Avropa çempionatının seçmə mərhələsində yarışacaqlar
İstanbulda Türk dünyasının ilk ticarət sərgisi açılıb
Sabahdan 6 günlük bayram tətili başlayır
Mərkəzi Bank yeni yaradılmış “Türk Yaşıl Maliyyə Şurası”na üzv olub
Tramp Ukrayna müharibəsinin bitməsi üçün plan hazırlayır
Xəzər dənizində 3,4 ballıq zəlzələ olub
31 ildən sonra Ağdam Cümə məscidində camaat namazı qılınıb
İlham Əliyev Vyetnamın yeni seçilmiş prezidentini təbrik edib
Sabah Bakıda 16° isti olacaq
Kürdəmirdəa ağır avtoqəza: 6 nəfər xəsarət alıb
İlham Əliyev Böyükşor-Pirşağı avtomobil yolunun açılışında iştirak edib
Banklar bayram günlərində də işləyəcək
Paytaxtda xuliqanlıq edib tıxac yaratdı, həbs edildi
Azərbaycan nefti 77,53 dollara satılır
İlon Maskın sərvəti bir gündə 26,5 milyard dollar artıb
Milli Məclisin bugünkü iclasında 16 məsələ müzakirə olunur
Bakı Media Mərkəzi COP29-un rəsmi yayım şirkəti olacaq
İlham Əliyev Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak edib
UEFA Avropa Liqası: “Qarabağ” bu gün “Budyo-Qlimt” ilə qarşılaşacaq
Dünya Dini Liderlərinin Qlobal Bakı Sammitinin iştirakçılarının Qarabağa səfəri başlayıb