logo

“Azercell” Vətən müharibəsində şəhid olmuş və yaralanmış hərbçilərin faktura borcunu bağışlayıb

21:02 07-12-2020 | icon 3045
“Azercell” Vətən müharibəsində şəhid olmuş və yaralanmış hərbçilərin faktura borcunu bağışlayıb

44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu şanlı tarix yazaraq möhtəşəm Qələbəni əldə etdi. “Azercell Telekom” MMC də qələbənin əsas qəhrəmanı olan Azərbaycan əsgəri və zabitləri üçün güzəşt təşəbbüsünü gerçəkləşdirir. 

Ordumuza ehtiram əlaməti olaraq elan edilən yeni təşəbbüs çərçivəsində müharibədə şəhid olan və yaralanan “Azercell”in Fakturalı Xətt abunəçiləri olan qəhrəman vətən övladlarının 2020-ci il dekabrın 7-nə olan borcları tam şəkildə bağışlanır. Bununla yanaşı, səfərbərlik çağırışı əsasında aktiv döyüş əməliyyatlarında iştirak edən “Azercell” abunəçilərinin borclarının ödənilməsinə tərxis olunacaqları vaxtadək möhlət verilir.

YeniAvropa xəbər verir ki, Fakturalı Xətt nömrəsinə malik olan yaralılar və müharibə iştirakçıları və yaxud şəhid olmuş əsgərlərin ailə üzvləri bu güzəştdən istifadə etmək üçün təsdiqedici sənədlərlə (şəxsiyyət vəsiqəsi, müvafiq haldan asılı olaraq, şəhid olmanı və ya yaralanmanı təsdiq edən sənədlər) birlikdə aşağıdakı kanallar vasitəsilə “Azercell” şirkətinə müraciət edə bilər:

- “Azercell” müştəri xidmətlərinə e-mail (“[email protected]”, “[email protected]”) vasitəsilə müraciət etmək mümkündür. Bu zaman yuxarıda qeyd edilən sənədlərin skan surəti müraciətə əlavə edilməlidir.

- Hərbçilərin özləri və ya ailə üzvləri “Azercell” Müştəri Xidmətləri mərkəzlərinə də müraciət edə bilərlər. Bakı və bölgələr üzrə ofislərin ünvanları ilə bu linkdən tanış olmaq mümkündür: “https://www.azercell.com/az/contacts/offices/

Qeyd edək ki, “Azercell Telekom” Vətən müharibəsinin başlandığı ilk gündən Azərbaycan xalqının və Ordunun yanında olub. Şirkət müharibədə şəhid olan Röyal Cəfərovun ailəsini himayəsinə götürüb. “Azercell” erməni terroru ilə üzləşən Gəncə və Bərdə şəhərlərindəki abunəçilərinə, o cümlədən hərbi əməliyyatların gedişini işıqlandıran media nümayəndələrinə rabitə dəstəyi göstərib. İşğaldan azad olunan ərazilərdə ilk rabitə şəbəkəsini quran “Azercell” Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat vəsait də köçürüb.