logo

Şeyxin baş həkim olan bacısı oğlu koronavirusdan öldü

13:33 07-12-2020 | icon 1757
Şeyxin baş həkim olan bacısı oğlu koronavirusdan öldü

Paytaxtın Yasamal rayonundakı 19 saylı şəhər poliklinikasının baş həkimi Əzizağa  Şıxəliyev 63 yaşında dünyasını dəyişib.

YeniAvropa xəbər verir ki, bu barədə mərhumun yaxınları sosial şəbəkədə məlumat paylaşıblar. Qeyd edilib ki, həkim koronavirusa yoluxması səbəbindən vəfat edib.

 Xatırladaq ki, Əzizağa  Şıxəliyev Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam hacı Allahşükür Paşazadənin bacısı oğludur.