logo

Koronavirus xəstəsi Ağdaşdan Bakıya getmək istədi

10:59 07-12-2020 | icon 1631
Koronavirus xəstəsi Ağdaşdan Bakıya getmək istədi

Ağdaş rayonu ərazisində yaşayan və evdə müalicə alan koronavirus xəstələri rayon polis şöbəsinin əməkdaşları tərəfindən yoxlanılan zaman rayonun Sadavat kənd sakini Tahir Əhmədovun yaşadığı ünvanı tərk etdiyi məlum olub.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib. Qeyd edilib ki, T.Əhmədovun COVID-19 testinin nəticəsi pozitiv olduğuna görə ev şəraitində müalicə alsa da o, qaydaları pozaraq ictimaiyyət arasına çıxıb və Bakı şəhərinə getmək istəyərkən saxlanılıb. Koronavirus xəstəsi yaşadığı evə geri qaytarılıb.

İnfeksiyanın yayılmasına şərait yaradan və digərlərinin də sağlamlığını təhlükə altında qoyan T.Əhmədov barəsində Ağdaş Rayon Polis Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə cinayət işi başlanılıb.