logo

Azərbaycanın şimal bölgəsinə qar yağıb

10:44 07-12-2020 | icon 1750
Azərbaycanın şimal bölgəsinə qar yağıb

Azərbaycanın şimal-qərb bölgəsi rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Havanın temperaturu xeyli aşağı düşüb. Bölgənin dağlıq və dağətəyi ərazilərinə qar yağıb.

YeniAvropa xəbər verir ki, bu barədə Qax rayon İcra Hakimiyyətindən bildirlib. Qeyd edilib ki, rayonun dağlıq ərazisində yerləşən İlisu kəndində hazırda qar örtüyünün hündürlüyü 2-3 santimetr təşkil edir.

Yağan qar sakinlər üçün heç bir problem yaratmayıb. Kəndin elektrik enerjisi və təbii qazla təchizatı normal qaydada davam edir. Yollar açıq olduğundan nəqliyyatın hərəkətində də heç bir çətinlik yaranmayıb.