logo

Azərbaycanda daha 4356 nəfər koronavirusa yoluxdu, 39 nəfər öldü

15:29 06-12-2020 | icon 2051
Azərbaycanda daha 4356 nəfər koronavirusa yoluxdu, 39 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasına daha 4356 yoluxma faktı qeydə alınıb, 2517 nəfər müalicə olunaraq sağalıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 39 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 146 min 679 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 88 min 497 nəfər müalicə olunaraq sağalıb, 1632 nəfər vəfat edib. Aktiv xəstə sayı 56 min 550 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 837 min 1 test aparılıb. Bugünkü test sayı isə 19197-dir.