Keçmiş deputat, Bakı Dövlət Universitetinin sabiq rektoru, akademik Abel Məhərrəmovun gəlini ilə məhkəmə qalmaqalında olduğu ortaya çıxıb.
YeniAvropa xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli "Facebook"da məlumat paylaşıb.
Onun sözlərinə görə, sən demə, Abel müəllimin artıq keçmiş hesab olunan gəlini (Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmovun keçmiş həyat yoldaşı) Mehriban Məhərrəmova ona nəvələrini görməyi qadağan edibmiş.
Akademik şəxsi əlaqələrindən istifadə edərək məhkəmə yolu ilə nəvələrini ilə ünsiyyət hüququ əldə edib.
Baş nazirin 1-ci müavini Yaqub Eyyubovun qardaşı qızı olan Mehriban Məhərrəmova da öz növbəsində məhkəmə yolu ilə səfirdən yüksək aliment tələb edib.
Lakin səfir Anar Məhərrəmov həyat yoldaşına yüksək aliment ödəməkdən imtina edib. Məhkəmə akademikin oğlunun xeyrinə qərar çıxarıb.
Mehriban Yusif qızı Məhərrəmova(Eyyubova) həm də İspaniya Diplomatları Beynəlxalq Assosiasiyasının üzvüdür.