Zaqatala rayonu Əliabad qəsəbə sakini 1989-cu il təvəllüdlü Ramilə Əliyeva dekabrın 1-də yaşadığı ünvandan çıxıb və bir daha geri qayıtmayıb.
YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.Qeyd edilib ki, R.Əliyeva evdən çıxarkən əynində qara rəngli şalvar və boz gödəkçə olub.
"Şəkildəki şəxsi görənlərdən və ya barəsində məlumatı olanlardan DİN-in “102” Zəng mərkəzi xidmətinə və ya Zaqatala rayon Polis Şöbəsinin (024) 225-26-99 şəhər nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur",-deyə məlumatda bildirilib.