Azərbaycan baş nazirinin sabiq müavini Abid Şərifovun Londonda yaşayan nəvəsi Nicat Mahmudovun istirahət mərkəzi üzə çıxıb.
YeniAvropa xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli "Facebook"da məlumat paylaşıb.
O, bildirib ki, NicatMahmudova məxsus "Şəki Park" hotel kompleksi 4 hektar ərazini əhatə edir: "Tikili sahəsi 5 213 kv m. olan mehmanxana və kotteclərdən ibarətdir. N.Mahmudov 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Məmməd Mahmudovun oğludur, 20 yaşından İngiltərə paytaxtında bizneslə məşğul olur”.