İkinci Qarabağ müharibəsi zamanı ermənilərə əsir düşən Amin Musayev ailəsinə məktub göndərib.
YeniAvropa xəbər verir ki, bu barədə Aminin yaxın qohumu Çinarə Əliyeva məlumat paylaşıb.
O bildirib ki, məktubu ailəyə Beynəlxalq Qırmızı Xaç Komitəsi təqdim edib:
"Qırmızı Xaç Komitəsi məktub istəmişdi. Ailə də yazıb göndərdi. Dünən isə məktubumuza cavab aldıq. Məktub Aminin öz xətti ilə yazılıb”.
Amin anasına ünvanladığı məktubda yaxşı olduğunu bildirib və anasından özünə yaxşı baxmasını xahiş edib.
axar.az