2021-ci ildə Yeni il bayramı ilə əlaqədar 5 gün qeyri-iş günü olacaq.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən bildirilib. Qeyd edilib ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü, 1, 2 yanvar tarixləri isə Yeni il bayramı olduğu üçün qeyri-iş günü olacaq.
2 yanvar şənbə gününə təsadüf etdiyindən, Əmək Məcəlləsinə əsasən yanvarın 4-ü də qeyri-iş günü olacaq. Beləliklə, Yeni il bayramı ilə əlaqədar 5 gün ardıcıl (31 dekabr, 1, 2, 3, 4 yanvar) iş olmayacaq.