logo

Erməni hərbiçi Azərbaycan zabitinə: “Oldu qardaş, sabah görüşərik...”

13:59 05-12-2020 | icon 2065
Erməni hərbiçi Azərbaycan zabitinə: “Oldu qardaş, sabah görüşərik...”

Sosial şəbəkələrdə Azərbaycan-Ermənistan dövlət sərhədində iki ölkə hərbçilərinin müşahidə postlarının harada yerləşəcəyini razılaşdırmaq üçün baş tutmuş görüşünün kadrları yayılıb.

 YeniAvropa xəbər verir ki, Ukraynanın "Dialektika" portalının yerləşdirdiyi videoda  görüşün Kəlbəcər istiqamətində baş tutduğu təxmin edilir. Həmin görüşdə erməni komandir təmiz Azərbaycan dilində tərəflərin müşahidə postlarının necə yerləşdirilməsi barədə təklifini çatdırır.

Deyir ki, tərəflər öz ərazisində müşahidə postlarını istədikləri yerdə qoya bilərlər. Sonda erməni komandir Azərbaycan zabitinin əlini sıxır, ona “qardaş” deyə müraciət edir, sağollaşır və məsələni müzakirə etmək üçün “sabah görüşərik” deyib uzaqlaşır...

Həmin kadrları təqdim edirik: