logo

Nərimanov rayonunda mənzildən meyit aşkarlandı

13:33 05-12-2020 | icon 2016
Nərimanov rayonunda mənzildən meyit aşkarlandı

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakının Nərimanov rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

FHN-nin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan bir nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) cəsədini aidiyyəti üzrə təhvil veriblər.