"Azercell"dən könüllülər üçün xüsusi təklif!
“Azercell Telekom” MMC Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan edilməsilə əlaqədar öz xüsusi töhfəsini hazırlayıb. Azərbaycanın lider mobil operatoru “Regional İnkişaf” İctimai Birliyinin təşəbbüsü ilə könüllülərin daha sərfəli şərtlərlə danışmasına və böyük həcmdə internetdən istifadəsinə imkan verəcək güzəşt təqdim edir. Qeyd olunan bu xüsusi təklif könüllü fəaliyyət növü ilə məşğul olan insanların gördüyü xeyirxah işin dəstəklənməsi məqsədini daşıyır.
YeniAvropa xəbər verir ki,xüsusi təklifə əsasən könüllülərə hər ay 600 dəqiqə tarifdaxili danışıq vaxtı, 6GB həcmində internet trafiki təqdim olunur. Eyni zamanda, Azercell-in Zvuk, ivi, Bookmate, Busuukimi rəqəmsal tətbiqlərindən istifadə üçün 6GB həcmində əlavə internet də nəzərdə tutulub. Bütün bunlarla yanaşı, bu güzəştdən yararlanan könüllülər sosial şəbəkələrdə (WhatsApp, Facebook Messenger, Viber, Telegram və Twitter) pulsuz çatdan da yararlana bilərlər. Xüsusi təklifin aylıq abunə haqqı 6,30 AZN təşkil edir.
Bu xüsusi təklif Azərbaycanda könüllü fəaliyyəti ilə məşğul olan bütün Azercell Fakturasız xətt abunəçiləri üçün nəzərdə tutulub. Güzəştdən yararlanmaq üçün RİİB-in www.riib.az rəsmi internet səhifəsində qeydiyyatdan keçmək lazımdır, qoşulma qaydası və digər təfərrüatlar haqqında ətraflı məlumatı da orada əldə etmək olar. Könüllülər istifadə etdikləri tarif paketin idarə olunması, yeniliklərdən xəbərdar olmaq üçün Azercell-in “Kabinetim” tətbiqindən də istifadə edə bilərlər.
Ölkənin lider mobil operatoru “Azercell Telekom” gənclərin inkişafına təkan vermək məqsədilə irəli sürülən təşəbbüsləri daima dəstəkləyir və bu istiqamətdə müxtəlif layihələr həyata keçirir. İnanırıq ki, Azercell tərəfindən “Könüllülər İli”nə xüsusi hədiyyə kimi hazırlanan bu təklif təmənnasız olaraq digərlərinə yardım edən könüllülərin əməyinin qiymətləndirilməsi və bu hərəkatın stimullaşdırılmasına qatqı vermiş olacaq.
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır