logo

Dayanma qadağan deyil, lakin BNA cərimə yazır - VİDEO

10:57 05-12-2020 | icon 2408
Dayanma qadağan deyil, lakin BNA cərimə yazır - VİDEO

Avtosfer.az saytının əməkdaşı Təbriz Yusubov idarə etdiyi avtomobili paytaxtın Rəşid Behbudov küçəsində qanuni şəkildə park edən zaman Bakı Nəqliyyat Agentliyi tərəfindən cərimələnib.

 YeniAvropa xəbər verir ki, paytaxtın Rəşid Behbudov küçəsinin sol tərəfində dayanma durmanı qadağan edən 3.27 nişanı quraşdırılıb, asfalta isə 1.4 sarı nişanlanma xətti çəkilib.

“Yol Hərəkəti Haqqında Qanun”un 52-ci maddəsinin IV hissəsinin 10-cu bəndində qeyd olunub ki, 3.27 yol nişanının və bu nişanla birlikdə tətbiq edildikdə 1.4 nişanlanma xəttinin təsir zonalarında dayanma durma qadağandır.

Həmçinin, 69-cu maddənin VI hissəsinin 4-cü bəndində qeyd olunub ki, 1.4 nişanlanma xətti 3.27 nişanı ilə birlikdə tətbiq edildikdə dayanma qadağan olunan yerləri bildirir.

T.Yusubov Rəşid Behbudov küçəsinin sol tərəfində (Bakı Şəhər Prokurorluğunun yanında) sarı xətt bitdikdən sonra, yəni nişan qüvvəsini itirən yerdən sonra avtomobilini qaydalar çərçivəsində park edib. Lakin BNA əməkdaşları onun barəsində qanunsuz qərar qəbul edərək, guya qayda pozduğunu bildirilib.

"Avtosfer.az"ın əməkdaşı ümid edir ki, Bakı Nəqliyyat Agentliyi düzgün tərtib edilməmiş qərarı ləğv edəcək.