logo

Azərbaycanda daha bir həkim "COVID-19"dan vəfat etdi

10:23 05-12-2020 | icon 2058
Azərbaycanda daha bir həkim "COVID-19"dan vəfat etdi

Sumqayıt şəhər 1 nömrəli xəstəxananın həkimi Şaiq Əliyev yeni növ koronavirusdan vəfat edib.

 YeniAvropa xəbər verir ki, bu barədə  mərhumun yaxınları  sosial şəbəkələrdə məlumat paylaşıblar. 

Bildirilib ki, 55 yaşlı həkim xəstəxananın ümumi cərrahı olub və bir müddət əvvəl koronavirusa yoluxub. Səhhəti ağırlaşdıqdan sonra  Bakıdakı xəstəxanalardan birinə yerləşdirilib.

Lakin aldığı müalicə həkimə kömək etməyib. Şaiq Əliyev bu gün dünyasını dəyişib.