logo

Tərtərin prokuroru koronavirusdan dünyasını dəyişib

20:09 03-12-2020 | icon 2051
Tərtərin prokuroru koronavirusdan dünyasını dəyişib

Tərtər rayonunun prokuroru Şıxəli Alməmmədov vəfat edib.

YeniAvropa xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat paylaşıblar.

Qeyd olunub ki, bir neçə gün əvvəl Şıxəli Alməmmədovun səhhətində ciddi problem yaranıb.

Həkim müayinəsindən sonra isə analiz testindən keçib, Nəticədə prokurora  COVID-19 diaqnozu qoyulub.

Xəstəxanaya yerləşdirilən prokuror koronavirusdan dünyasını dəyişib.