logo

Türkiyə "Bakı-Tbilisi-Qars" dəmir yolu ilə Çinə ilk ixrac qatarını yola salır

18:49 03-12-2020 | icon 2366
Türkiyə "Bakı-Tbilisi-Qars" dəmir yolu ilə Çinə ilk ixrac qatarını yola salır

Dekabrın 4-də Bakı-Tbilisi-Qars (BTC) dəmir yolu xətti ilə Türkiyədən Çinə ilk ixrac qatarı yola düşəcək.

 YeniAvropa  "Anadolu" agentliyinə istinadla xəbər verir ki, İstanbuldan yola düşəcək qatar 8693 kilometr yol qət edəcək.

Qatar Türkiyə daxilində İstanbul (Marmaray)–Köseköy–Ankara–Sivas-Qars xətti ilə hərəkət edəcək, Axalkalaki stansiyasından isə ölkə xaricindəki nəqliyyat şəbəkəsinə qoşularaq Gürcüstan-Azərbaycan-(Xəzər dənizindən keçid)-Qazaxıstandan keçməklə Çinin Sian şəhərinə gedəcək. 42 konteynerdən ibarət qatar vasitəsilə soyuducu daşınacaq.