logo

Xınalıq kəndində 16 santimetr qar yağıb

09:10 30-11-2020 | icon 2240
Xınalıq kəndində 16 santimetr qar yağıb

Noyabrın 29-u axşam saatlarından başlayaraq Quba, Qusar və Xızı rayonlarının yüksək dağlıq ərazilərinə qar yağır.

YeniAvropa xəbər verir ki, bu barədə Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən bildirilib. Qeyd edilib ki, Qubanın Xınalıq kəndində 16, Qırızda 12, Xaltanda isə 8 santimetr qar yağıb. Xızının Altıağac qəsəbəsində isə qarın hündürlüyü 9 santimetrə çatır. Qar yağması ilə əlaqədar dağlıq ərazilərdə temperatur mənfi 5 dərəcəyədək aşağı düşüb. Ən aşağı temperatur Qubanın Qırız kəndində qeydə alınıb.