logo

DİN-in “Mübariz keşikdə” qəzeti “Polis” qəzeti ilə birləşdirildi

16:13 28-11-2020 | icon 2898
DİN-in “Mübariz keşikdə” qəzeti “Polis” qəzeti ilə birləşdirildi

Daxili işlər orqanlarında ictimaiyyətlə əlaqələrin səmərəli təşkili, polis-media və polis-vətəndaş münasibətlərinin daha da gücləndirilməsi daim diqqət mərkəzində saxlanılan məsələlərdən biridir.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, bununla yanaşı, qəzet oxucularının müasir dövrdə əsasən elektron kütləvi informasiya vasitələrinə marağının daha böyük, internet medianın isə geniş auditoriyaya malik olması nəzərə alınaraq orqan və hissələrin fəaliyyətinin təkmilləşdirilməsi və strukturunun optimallaşdırılması üzrə tədbirlər çərçivəsində DİN-in “Mübariz keşikdə” və Bakı şəhər Baş Polis İdarəsinin “Polis” qəzetlərinin redaksiya heyətləri vahid qurumda birləşdirilib.

Beləliklə, 2021-ci ilin yanvarından başlayaraq, nazirliyin mətbu orqanı “Polis” qəzeti adı ilə nəşr ediləcək.