Gəncə İH 2 milyonluq tenderi udan şirkətin adını niyə gizləyir?
Gəncə şəhər İcra Hakimiyyəti növbəti tenderə yekun vurub.
YeniAvropa xəbər verir ki, maliyyə dəyəri 1 milyon 997 min 796.43 AZN təşkil edən müqaviləyə görə Gəncə şəhərində küçə və prospektlərdə yolların təmiri - abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə 11 iyul 2020-ci il tarixində şəhərə yağan güclü leysan nəticəsində şəhərin mərkəzi küçə və prospektlərdə sıradan çıxan asfalt-beton işlərinin əsaslı təmiri həyata keçirilməlidir.
Maraqlıdır ki, dövlət satınalmalarının internet portalında qalib şirkətin adı yoxdur. Daha doğrusu, qalibin adı Gəncə şəhər İcra Hakimiyyəti kimi göstərilib. Əlbəttə bunu texniki yanlışlıq kimi qiymətləndirmək olardı. Əgər VÖEN nömərsilə araşdırma apardıqda qalibin “Ərdağı” MMC olması üzə çıxmasaydı. Bu və tender barədə detallı məlumatın olmaması qalibin adının məqsədli şəkildə gizlədildiyinə şübhələri artırır.
Məsələ buradındadır ki, “Ərdağı” MMC şübhəli tenderlər üzrə ixtisaslaşmış şirkət kimi tanınır. Bu şirkətin “müştəriləri” isə əsasən Gəncə, Goranboy və Göygöl rayonlarıdır.
Elə bu il iyunun 8-də Gəncə şəhər İcra Hakimiyyəti bu MMC ilə maliyyə dəyəri 3 milyon 174 min 710 manat 26 qəpik olan müqavilə imzalayıb. Şirkət bu məbləğə Gəncədə abadlıq-quruculuq işlərini həyata keçirib.
İqtisdiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Ərdağı” MMC 10 dekabr 1992-ci ildə yaradılıb. Nizamnamə kapitalı 10.6 AZN olan MMC-nin hüquqi ünvanı Gəncə şəhəri “Asfaltzavod”da yerləşir. Şirkətin qanuni təmsilçisi isə Məmmədov Nazim Fuad oğludur.
Qeyri-rəsmi məlumatlara görə, MMC-nin qanuni təmsilçisi Nazim Məmmədov proxy şəxsdir. Şirkət əslində Gəncədəki məmurlardan birinə məxsusdur.("Yenisabah.az")
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır