logo

Əhalinin banklardakı əmanətləri 8 milyard manata çatır

17:57 25-11-2020 | icon 2548
Əhalinin banklardakı əmanətləri 8 milyard manata çatır

Noyabrın 1-nə əhalinin banklardakı əmanətləri 7 milyard 870,3 milyon manat təşkil edib.

YeniAvropa xəbər verir ki, bu barədə  Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib. Qeyd edilib ki,  əhalinin banklardakı əmanətləri son bir ayda 36,1 milyon manat artıb. ilin əvvəli ilə müqayisədə isə 767,6 milyon manat azalıb.