Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, noyabrın 18-i səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə yağış, dağlıq rayonlarda qar yağıb.
Xidmətdən YeniAvropa-ya bildirilib ki, düşən yağışın miqdarı Xaçmazda 18, Şabranda 8, Neftçalada 6, Şəki, Quba, Tərtər, Kişçayda (Şəki) 5, Lənkəran, Oğuzda 4, Ceyrançöl, Tovuz, Qusarda 3, Şəmkir, Balakən, Zaqatala, Xaltan, Bərdə, Mingəçevir, Sarıbaşda (Qax) 2, Göygöl, Naftalan, Gəncə, Mərəzə, Ağstafa, Qrız, Kürdəmir, Sabirabad, Astarada 1 millimetr olub.
Bakıda və Abşeron yarımadasında müşahidə olunan faktiki hava şəraitinə gəlincə, Sumqayıta 10, Maştağa, Binəyə 4, Bakıya 2, Çilov adası, Neft Daşlarında 1 millimetr yağıntı düşüb.
Qar örtüyünün hündürlüyü Qrız, Sarıbaş, Xınalıqda 1 santimetr olub.
Şimal küləyi əsib, arabir Salyanda saniyədə 18 metrədək güclənib.
Havanın temperaturu noyabrın 17-də Bakıda iqlim normasından 1.5° aşağı olub. Belə ki, havanın maksimal temperaturu Bakı və Abşeron yarımadasında 9-13°, Aran rayonlarında 11-17°, dağlıq rayonlarda 6-8°, Naxçıvan Muxtar Respublikasında 12-17° isti təşkil edib.