Bakı şəhəri üzrə koronavirusun ən çox yayıldığı rayonlar məlum olub.
YeniAvropa "koronavirus.info" saytına istinadən xəbər verir ki, paytaxtda öldürücü virusun ən yüksək yayılma göstərici Binəqədi rayonunda qeydə alınıb. Belə ki, rayonda yoluxma Bakı şəhəri üzrə ümumi yoluxmanın 14, 7 faizini təşkil edir.
Ardıcılığa uyğun olaraq daha sonrakı yerlərdə 12,7%-lə Xətai, 11,6%-lə Yasamal, 11,3%-lə Sabunçu, 8.3%-lə Nəsimi, 8,4%-lə Suraxanı, 8%-lə Nərimanov, 7,3%-lə Nizami, 6,3%-lə Qaradağ, 6,3%-lə Xəzər, 4,8%-lə Səbail, 0,3%-lə Pirallahı gəlir.