logo

Hövsan Yaşayış Kompleksində mənzillərin güzəştlə satışına başlanılır

10:32 18-11-2020 | icon 1918
Hövsan Yaşayış Kompleksində mənzillərin güzəştlə satışına başlanılır

Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsi, Zığ şosesi-hava limanı 12-ci kilometr 22 ünvanında yerləşən Hövsan Yaşayış Kompleksinin 1 saylı binası üzrə 27, 4 saylı binası üzrə 121, 5 saylı binası üzrə 260 və 6 saylı binası üzrə 93 mənzilin, ümumilikdə 501 mənzilin satışı 2020-ci ilin dekabrın 18-də saat 11:00-da başlayacaq və dekabrın 28-də saat 11:00-dək davam edəcək.

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) İctimaiyyətlə əlaqələr sektorundan YeniAvropa-ya bildirilib ki, “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi bu il dekabrın 22-də saat 11:00-da başlayacaq və dekabrın 28 -də saat 11:00-dək davam edəcək.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli Fərmanına əsasən, Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində (“www.e-gov.az”) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdir.

“Güzəştli mənzil” sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla “www.mida.gov.az” və “www.mida.az” internet saytlarının ana səhifələrində “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış olmaq mümkündür.