logo

Azərbaycanda daha 2075 nəfər koronavirusa yoluxdu, 20 nəfər öldü

16:33 17-11-2020 | icon 5943
Azərbaycanda daha 2075 nəfər koronavirusa yoluxdu, 20 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasına daha 2075 yoluxma faktı qeydə alınıb, 1139 nəfər müalicə olunaraq sağalıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib.Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 20 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 79 min 158 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 56 min 894 nəfər müalicə olunaraq sağalıb, 1005 nəfər vəfat edib. Aktiv xəstə sayı 21259 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 536 min 434 test aparılıb. Bugünkü test sayı isə 13213-dür.