logo

Azərbaycanda daha 1849 nəfər koronavirusa yoluxdu, 19 nəfər öldü

15:11 14-11-2020 | icon 1771
Azərbaycanda daha 1849 nəfər koronavirusa yoluxdu, 19 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasına daha 1849 yoluxma faktı qeydə alınıb, 1048 nəfər müalicə olunaraq sağalıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 19 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 73 min 429 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 54 min 49 nəfər müalicə olunaraq sağalıb, 946 nəfər vəfat edib. Aktiv xəstə sayı 18434 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 502 min 707 test aparılıb. Bugünkü test sayı isə 13325-dir.