Kürdəmirdə ölümlə nəticələnən yol qəzası baş verib.
YeniAvropa xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun Kürdəmir rayonunun Köhünlü kəndindən kecən hissəsində qeydə alınıb.
"Hyundai" markalı avtomobil Kürdəmir rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və yoldan çıxaraq aşıb. Nəticədə Ağdam rayon sakinləri - 53 yaşlı Rabil Rəhbər oğlu İsmayılov, 67 yaşlı Ayulduz Qubat qızı Hümbətova və Zərdab rayon sakini, 53 yaşlı Zemfira Cümşüd qızı Mehdiyeva ölüb, 1 nəfər - Ağdam rayon sakini, 65 yaşlı İbrahim Qubat oğlu Hümbətov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.