logo

Azərbaycanda daha 1346 nəfər koronavirusa yoluxdu, 15 nəfər öldü

16:55 10-11-2020 | icon 2079
Azərbaycanda daha 1346 nəfər koronavirusa yoluxdu, 15 nəfər öldü

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 1346 yoluxma faktı qeydə alınıb, 598 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 67 min 392 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 50 min 9 nəfər müalicə olunaraq sağalıb, 867 nəfər vəfat edib. Aktiv xəstə sayı 16516 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 457 min 177 test aparılıb. Bugünkü test sayı isə 9592-dir.