logo

Ermənilər Azərbaycanın Tallindəki səfirliyinə qarşı təxribat törədiblər

12:07 07-11-2020 | icon 1715
Ermənilər Azərbaycanın Tallindəki səfirliyinə qarşı təxribat törədiblər

Ermənilər Azərbaycanın Tallindəki səfirliyinə qarşı təxribat törədiblər.

YeniAvropa xəbər verir ki, bu haqda Estoniya KİV-lərində məlumat yer alıb. Bildirlir ki, maskalı naməlum kişi Tallindəki islam mərkəzinin, habelə bu ölkədəki Azərbaycan və Türkiyə səfirliklərinin qarşısına donuz başları qoyub. Hər üç hadisə barədə polisə məlumat verilib.

Qeyd edilib ki, həmin şəxs islam mərkəzindəki müşahidə kameralarına düşüb. Hadisə şahidlərinin sözlərinə görə, ləhcəsinə əsasən eston olması güman edilən bu adam rus dilində deyib: “Bu, Məhəmmədə hədiyyədir”.

Bütün müsəlmanlar üçün təhqiramiz olan bu hərəkətin törədildiyi vaxtı nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, bu, ayrıca bir dini radikalın xuliqanlıq hərəkəti deyil, dini və milli ayrı-seçkiliyi qızışdırmaq məqsədilə əvvəlcədən planlaşdırılmış provokasiyadır.

Qeyri-rəsmi məlumata görə, həmin estoniyalı bu biabırçı hərəkəti “müsəlmanların xristianlara pis münasibət bəsləməsinə” və “Dağlıq Qarabağda Azərbaycanın Ermənistana qarşı hərəkətlərinə” cavab olaraq törədib.

Azərbaycanın Baltikyanı ölkələrlə yaxşı münasibətlərinə zərər vurmağa çalışan Ermənistanın ölkəmizə qarşı açıq-aşkar provokasiya cəhdləri göz qabağındadır. Ermənistanın Litva, Latviya və Estoniyadakı səfiri Tiqran Mkrtçyanın bu istiqamətdə “coşğun” fəaliyyətini nəzərə alsaq, bu biabırçı hərəkətdə erməni xüsusi xidmətlərinin dəst-xətti aşkar hiss olunur. Əminliklə demək olar ki, bu provokasiyanı törətmiş estoniyalı erməni xüsusi xidmətləri tərəfindən cəlb edilib və onların agentidir. Buna görə yaxşı olardı ki, Estoniyanın səlahiyyətli orqanları səfir Mkrtçyanın pozucu fəaliyyətinə diqqəti artırsınlar.