logo

Azərbaycanda koronavirus yeni anti-rekord vurdu:1364 yoluxma, 14 ölü

15:29 05-11-2020 | icon 1736
Azərbaycanda koronavirus yeni anti-rekord vurdu:1364 yoluxma, 14 ölü

Azərbaycanda koronavirus infeksiyasına daha 1364 yoluxma faktı qeydə alınıb, 768 nəfər müalicə olunaraq sağalıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirlib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 60 min 873 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 46 min 465 nəfər müalicə olunaraq sağalıb, 794 nəfər vəfat edib. Aktiv xəstə sayı 13614 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 404 min 543 test aparılıb. Bugünkü test sayı isə 13290-dır.