Azərbaycanda noyabrın 6-na gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 12-15°, gündüz 18-20° isti, Bakıda gecə 13-15°, gündüz 18-20° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi norma daxilində - 761 millimetr civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Noyabrın 6-da Azərbaycan rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qara keçəcəyi proqnozlaşdırılır. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 10-14°, gündüz 15-20° isti, dağlarda gecə 2-6°, gündüz 7-12° isti olacağı bildirilir.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, noyabrın 6-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.