Distant tədrislə hər bir şagird öz təhsilini davam etdirir. Ona görə də şagirdlərin sinifdə qalmaq ehtimalı müzakirə məsələsi deyil. Onlar sinifdən-sinfə keçəcəklər.
YeniAvropa xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev oktyabrın 30-da keçirilən brifinqdə deyib.
Nazir qeyd edib ki, ölkədə distant təhsilə keçid olunmur. Sadəcə olaraq mövcud vəziyyətlə əlaqədar alternativ tədris forması kimi distant tədris forması seçilib.