DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevə yeni vəzifə verilib.
YeniAvropa xəbər verir ki, K. Əliyev BDYPİ-nin İmtahan Qeydiyyat idarəsinin rəisi vəzifəsinə təyin olunub.
xatırladaq ki, Qeydiyyat İmtahan İdarəsinin əvvəlki rəisi, polkovnik İlham Rəcəbov idi. O, bu ilin iyul ayında koronavirusdan dünyasını dəyişib.