Azərbaycan Respublikasında koronavirus infeksiyasına 122 yeni yoluxma faktı qeydə alınıb, daha 47 nəfər sağalıb.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib.
Qeyd edilib ki, hazırkı dövrədək ölkəmizdə 42 min 104 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 39 min 404 nəfər müalicə olunaraq sağalıb, 609 nəfər vəfat edib. Aktiv xəstə sayı 2091 nəfərdir.
Ötən müddət ərzində 1 milyon 180 min 271 test aparılıb. Bugünkü test sayı isə 3551-dir.