logo

Azərbaycanda daha 143 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü

15:51 06-10-2020 | icon 2100
Azərbaycanda daha 143 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 126 nəfər sağalıb, 143 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 40 min 931 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 38 min 713 nəfər müalicə olunaraq sağalıb, 600 nəfər vəfat edib. Aktiv xəstə sayı 1618 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 145 min 397 test aparılıb. Bugünkü test sayı isə 5203-dür.