Ümumi təhsil müəssisələrində COVID-19 virusuna yoluxma halları ilə bağlı məlumat açıqlanıb.
Təhsil Nazirliyindən YeniAvropa-ya bildirilib ki, sentyabrın 26-da 51 şagirdin, işçi heyətindən 1 nəfərin bədən hərarəti 37 dərəcədən yuxarı olub. 10 şagird, işçi heyətdən 2 nəfər isə koronavirusa yoluxub. Virusa yoluxma hallarına görə 1 sinifdə tədris distant formaya keçirilib. Bununla da distant təhsilə keçirilən siniflərin sayı 12-yə çatıb.
Xatırladaq ki, respublika üzrə 1 məktəb - Quba rayonu Qamqam kənd orta məktəbi 8 müəllimin virusa yoluxması səbəbindən təhsili distant formasına keçirib.