Attestatda 8 fəndən "2"ni düzəltməyə 1000 manat istədilər-İDDİA
Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsi M.Mehdiyev adına 280 saylı tam orta məktəbdən şikayət var.
YeniAvropa xəbər verir ki, bu barədə həmin məktəbdə oxuyan 2005-ci il təvəllüdlü Əlizadə Niyaz Eldəniz oğlunun valideyni sosial şəbəkədə paylaşım edib. Valideyn iddia edir ki, övladının oxuduğu məktəbin rəhbərliyi şagirdə attestat vermək üçün 1000 manat pul tələb edib.
Tələb edilən pul verilmədiyi üçün şagirdin attestatına içərisində əsas fənlər olmaqla, səkkiz fəndən (Azərbaycan dili, Ədəbiyyat, Riyaziyyat, Xarici dil, Azərbaycan tarixi, Ümumi tarix, Fiziki tərbiyə, Təsviri incəsənət) "2” yazılıb.
Məsələ ilə bağlı Bakı şəhər üzrə Təhsil İdarəsindən bildirilib ki, Əlizadə Niyaz Eldəniz oğlunun valideyni tərəfindən irəli sürülən iddialar araşdırılıb:
"Bakı şəhəri 280 nömrəli tam orta məktəbin 2019-2020-ci tədris ilində IX sinfi bitirən Əlizadə Niyaz Eldəniz oğlunun ümumi orta təhsil haqqında attestatındakı səkkiz fəndən (Azərbaycan dili, ədəbiyyat, rus dili, riyaziyyat, Azərbaycan tarixi, ümumi tarix, fiziki tərbiyə, təsviri incəsənət) "2” (iki) qiymət alması ilə bağlı məsələ tərəfimizdən araşdırıldı.
Araşdırma zamanı N.Əlizadənin 2019-2020-ci tədris ilində təhsil aldığı IX "B” sinfinin jurnalına baxış keçirildi. Məlum oldu ki, onun birinci yarımil üzrə yuxarıda qeyd edilən fənlərdən qiymətləri 2 (iki) olub, mövcud vəziyyətlə əlaqədar olaraq Təhsil Nazirliyinin 22.05.2020-ci il tarixli 02-14-441/13 və 02.06.2020-ci il tarixli 1741-01/06 nömrəli təlimatı məktublarına əsasən, həmin qiymətlər illik qiymətlər kimi yazılıb və qeyd edilən fənlərdən onun yekun attestata yazılacaq qiymətləri də "2” (iki) çıxıb”.
Sabah bakıda 18° isti olacaq
Azərbaycanın turizm potensialı Daşkənd beynəlxalq sərgisində nümayiş olunur
Qırğızıstan Azərbaycanla ikiqat vergitutmanı aradan qaldırıb
İlham Əliyev İsrailin nəqliyyat nazirini qəbul edib
Almaniya Rusiya ilə müharibə üçün əməliyyat planı hazırlayıb
"Azercell"dən “Möhtəşəm Cümə” endirimləri
"DÇ-2026"da İspaniya və ya Argentina çempion olacaq-"Goal"un proqnozu
Cari ildə 301 sərhəd pozucusu saxlanılıb-Araz Məmmədov
Yol polisi küləkli hava ilə bağlı sürücülərə müraciət edib
Pərviz Şahbazov I İstanbul Enerji Forumunda iştirak edir
FIFA referimiz UEFA Gənclər Liqasının matçını idarə edəcək
Azərbaycan nefti 75,60 dollara satılır
Hindistandan Almaniyaya uçan təyyarə Bakıya təcili eniş edib
Sahibə Qafarova Sankt-Peterburqda Valentina Matviyenko ilə görüşüb
İlham Əliyev iki mərkəzi ləğv edib
Ceyhun Bayramov misirli həmkarı ilə regional məsələləri müzakirə edib
Xaçmazda 4 avtomobil toqquşub: ölən və yaralananlar var
Bakıda yeni iddialı iqlim maliyyəsi məqsədinə dair razılaşma əldə etməliyik-BMT-nin baş katibi
Azərbaycanda meşəçiliklə bağlı beynəlxalq konfrans keçiriləcək
SOCAR “Tree Energy Solutions”la Birgə Tədqiqat Sazişi imzalayıb
İrakli Kobaxidze yenidən Gürcüstanın Baş naziri olacaq
TDT-nin Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyaları Birliyi yaradılıb
QHT-lərə Dövlət Dəstəyi Agentliyi Keniyanın “SMACHS” təşkilatı ilə əməkdaşlıq edəcək
UEFA Çempionlar Liqasında çıxış edən 2 klubu cərimələyib
“Yaşıl dünya naminə həmrəylik ilinə” həsr olunmuş veloyürüş keçirilib