Məktəbəhazırlıq qruplarında 120 min şagird oktyabrın 1-dən dərslərə başlayacaq. Məktəbəhazırlıq qruplarında uşaqlar həftədə 6 saatlıq (həftədə 2 gün 3 saat olmaqla) tədris planı əsasında tədrisə cəlb olunacaq.
YeniAvropa xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı avqustun 27-də keçirilən brifinqdə məlumat verib.
O bildirib ki, məktəbəhazırlıq siniflərində şagird sayı nəzərə alınacaq.