logo

Piyadanı vurub hadisə yerindən qaçan sürücü tutulub

17:48 02-09-2019 | icon 2744
Piyadanı vurub hadisə yerindən qaçan sürücü tutulub

Avqustun 31-də saat 12 radələrində Sumqayıt şəhərinin Sahil küçəsində yolu keçən Corat qəsəbə sakini Mənsumə Əliyeva naməlum avtomobillə vurulub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  YeniAvropa-ya bildiriblər ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, Abşeron rayon sakini R.Manafov Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.