Sentyabrın 2-də səhər saat 10:00-dan etibarən işlər başa çatanadək Ağdam rayonunun bir neçə qəsəbə və kəndində qaz təchizatında dayandırmalar olacaq.
“Azəriqaz” İB-dən YeniAvropa-ya bildirilib ki, bu müddətdə orta təzyiqli yeraltı qaz xətti üzərində quraşdırılmış siyirtmənin araqatının dəyişdirilməsi işləri aparılacaq. Bundan başqa paytaxtda - Səbail rayonunda saat 12:00-dan 16:00-dək bir qrup abonentin qaz təchizatında fasilə yaranacaq. Bu zaman dövlət yoxlamasından keçirilmiş yeni qurğular əvəzlənəcək, metroloji göstəricilər təftiş olunacaq.