logo

Ərdəbildən Azərbaycana 133 kq narkotik vasitə gətirmək istədilər

15:13 21-08-2019 | icon 2870
Ərdəbildən Azərbaycana 133 kq narkotik vasitə gətirmək istədilər

İranın Ərdəbil şəhərində polisin keçirdiyi əməliyyat nəticəsində 133 kiloqram narkotik vasitə müsadirə olunub.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, Azərbaycan ilə sərhədə doğru hərəkət edən “Peugeot” markalı minik maşınına baxış zamanı yük bölməsində narkotik vasitə aşkarlanıb.

Ərdəbil polisinin narkotiklərə qarşı mübarizə idarəsinin əməkdaşı, mayor Keyvan Zərrinki bildirib ki, əməliyyat nəticəsində bir nəfər həbs edilib. Faktla bağlı istintaq aparılır.