logo

Polkovnik-leytenant Rəşad Atakişiyevlə vida mərasimi başa çatıb

11:20 21-08-2019 | icon 2926
Polkovnik-leytenant Rəşad Atakişiyevlə vida mərasimi başa çatıb

Qəzaya uğrayan "MiQ-29" təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevlə vida mərasimi başa çatıb.

 YeniAvropa xəbər verir  ki,  Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində baş tutan vida mərasimi başa çatdıqdan sonra pilotun nəşi dəfn olunmaq üçün II Fəxri Xiyabana yola salınıb.

Qeyd edək ki, bu gün səhər əvvəlcə pilotla vida mərasimi onun Yeni Yasamaldakı evinin həyətində keçirilib.Daha sonra tədbir Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində davam etdirilib.

Sabah saat 12-də  Heydər Məscidində mərhumun 3 və sonra isə  7 mərasimi keçiriləcək.

Xatırladaq ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nın "MiQ-29" təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Avqustun 20-də "MiQ-29" təyyarəsinin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi tapılaraq dənizdən çıxarılıb.