Fövqəladə Hallar Nazirliyi (FHN) Qubada baş verən yanğınla bağlı məlumat yayıb.
FHN-dən YeniAvropa-ya bildiriblər ki, nazirliyin 112 - qaynar telefon xəttinə Quba rayonunun İdrisli kəndi yaxınlığında quru ot və kol-kosun yanması barədə məlumat daxil olub. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.