Binəqədi polisi rayon ərazisində ofisdən, mağazalardan, avtoservisdən oğurluq etməkdə şübhəli bilinən şəxsləri saxlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, bu il iyunun 30-da rayon ərazisindəki bir ofisdən və iki mağazadan oğurluq etməkdə şübhəli bilinən S.Pənahov Binəqədi rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun iyun-iyul ayları ərzində rayon ərazisindəki daha iki mağazadan ümumilikdə 4888 manat pul oğurlaması da müəyyən edilib.
Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsinin əməkdaşları isə avqustun 14-də rayon ərazisində yerləşən avtoservislərin birindən 2000 manat dəyərində avtomobil ehtiyat hissələri oğurlayan Bakı şəhər sakini P.Rəhimovu yaxalayıblar.
Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.